Bergüzar Korel və Halit Ergen 10 il sonra bir arada

Bergüzar Korel və Halit Ergen 10 il sonra bir arada

9 Sentyabr 2016 11:12
Bəyəndim (0) Bəyənmədim (0)

Bergüzar Korel və Halit Ergençin baş rolları paylaşacaqları "Vatanım sensin" serialının çəkilişləri başlayıb.

"Oxu Məni" qəzetinin Türkiyə mətbuatına istinadən məlumatına görə, 10 il sonra yenidən kamera qarşısına birgə keçən cütlüyün iştirak etdiyi çəkilişlərdə heç kəsə güzəşt edilmir. H.Ergençin "Möhtəşəm yüz il"də birgə işlədiyi Taylan qardaşlarının rejissorluq etdiyi ekran işində şərtlər çox ağırdır. B.Korel müsahibəsində "Çəkiliş meydançalarında ən böyük problem olan gözlətmək burada yoxdur" deyib. Heç kimin nazıyla oynanmadığı çəkilişlərdə təkcə iki uşaqlı "Azize" rolunu oynayan Bergüzara bəzən güzəştə gedilir. Hətta çəkiliş meydançasından fotolar paylaşmaq da qadağandır.

Günel