Castın Baybır İsrail prezidenti ilə görüşdən imtina edib

Castın Baybır İsrail prezidenti ilə görüşdən imtina edib

14 Aprel 2011 11:35
Bəyəndim (0) Bəyənmədim (0)

17 yaşlı məşhur müğənni Castin Baybır İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşməkdən imtina edib. Bu hadisə dünyada böyük sensasiyaya səbəb olub. Castın Baybırın görüşdən imtina etməsinin səbəbi Netanyahunun Qəzza şəhərinə atılan raketlərdən təsirlənən uşaqları da görüşə dəvət etməsi olub. Castın Baybırın mətbuat katibi deyib ki, görüşdən imtina edilməsinin səbəbi müğənninin siyasi məsələlərdən uzaq durmaq istəməsidir və müğənni İsrailə ancaq konsert vermək üçün gəlib.

Müğənnini başa düşdük. Amma baş naziri heç cür anlamaq olmur. Həm Qəzzanı bombalayır, həm də bombardmandan əziyyət çəkənləri konsertə dəvət edir. Deyəsən, indiki siyasət şou biznesdən də eybəcər hala düşüb...

Hafiz Əhmədov

O.M.