KİV: Rusiya Ukraynanın əvəzində "Eurovision" müsabiqəsini qəbul edə bilər

KİV: Rusiya Ukraynanın əvəzində "Eurovision" müsabiqəsini qəbul edə bilər

8 Sentyabr 2016 12:16
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna oktyabr ayına qədər təşkilat məsələlərini həll edə bilmədiyi təqdirdə, Rusiya "Eurovision-2017" müsabiqəsini keçirmək hüququnu əldə edə bilər.

Bu barədə "İzvestiye" qəzeti yazır.

Avropa Yayım Birliyində (AYB) qeyd ediblər ki, Kiyev yaxın zamanlarda müsabiqənin keçirilmə yeri və tədbirin maliyyələşdirmə mənbələrini müəyyənləşdirməlidir. Əgər Ukrayna hökuməti dəqiq cavab verməzsə, "Eurovision" müsabiqəsini başqa ölkəyə verə bilərlər.

"Qalib statusunu onlardan heç kim ala bilməz. Bununla belə, müddətə gəldikdə, qərar daha tez qəbul edilməlidir", - AYB mətbuat xidmətindən bildiriblər. (report)

Mediainfo.az