Amerikanın sabiq prezidentinin nəvəsi ərə gedir

Amerikanın sabiq prezidentinin nəvəsi ərə gedir

1 Sentyabr 2011 14:31
Bəyəndim (0) Bəyənmədim (0)

Məşhur amerikalı dizayner və modelyer Ralf Loren üçün bu il yaman narahat keçir. Çünki modelyer indi də oğlu Devidin toyuna hazırlaşır. O, oğlunun sevgilisi üçün gəlinlik paltarı da hazırlayır.

Gəlin isə ABŞ-ın sabiq prezidenti Corc Buşun nəvəsi Loren Buşdur.

Devidlə Lorenin toyu məşhur modelyerin Koloradodakı dəbdəbəli rançosunda olacaq. "Düşünürəm ki, toydan sonra Loren Buş-Loren olacağam. Bu, hələlik son variant olmasa da, ərimin soyadını daşımağın pis olmadığını düşünürəm. Bilirsinizmi, bir qədər köhnə dəbliyəm", - deyə Buşun nəvəsi deyib.

Baba Corc Buş və Barbara Buş toya qatılmayacaqlar. Gəlinin atası - sabiq prezident Corc Buş və gələcək qayınana Laura Buşun nümayəndəsi isə xəbəri şərh etməyib.

Allah xoşbəxt eləsin...

Günel Həbib

O.M.