Röya Ayxan xəz firmasının siması seçilib

Röya Ayxan xəz firmasının siması seçilib

1 Sentyabr 2011 14:11
Bəyəndim (0) Bəyənmədim (0)
İndən belə o, reklam çarxlarında görünəcək

Hərçənd ki, o, ilklərə imza atdığını vurğulayır, amma xatırladaq ki, bu layihə heç də ilk deyil. Aygün Kazımova, Natavan Həbibi, Sevda Yəhyayeva bu kimi layihələr üzərində özlərini sınayıblar. Hər halda, onun işləri haqda da açıqlama verək ki, xəbərdar olasınız.

Bəli, hazırda qayınanası və ailəsi ilə birlikdə bağ evində dincəlməyə davam edən Röya sən demə, yaradıcılığı ilə yanaşı, bəzi işlər də görməkdədir. Məsələn, bu gün bəlli oldu ki, o, xarici ölkədən dönər-dönməz "Alessandro Bosso" firmasından təklif alıb. Əsasən xəz-dəri mallarının satışı ilə məşğul olan firmanın rəhbərliyi Röya ilə artıq müqavilə imzalayıb. Belə ki, indən belə müğənni "Alessandro Bosso" firmasının siması olacaq. Artıq fotosessiya da hazırdır. Tezliklə şəhərimizin küçələrində, reklam çarxlarında R.Ayxan sözügedən firmanın xəzlərinin reklamı ilə məşğul olacaq.

Röya "Alessandro Bosso"nun röyalarını çin etməyə çalışacaq.

Könül Aypara

O.M.