Madonna oğlu yaşındakı sevgilisi ilə tətildədir

Madonna oğlu yaşındakı sevgilisi ilə tətildədir

1 Sentyabr 2011 11:27
Bəyəndim (0) Bəyənmədim (0)

Fransanın Kann şəhərinə tətilə yollanan Madonna rəqqas sevgilisi İbrahim Zaibat ilə əl-ələ, göz-gözə yaxalandı. Axşam yeməyi üçün 24 yaşlı sevgilisi ilə restorana gedən müğənni bir ara İbrahim tərəfindən şəfqətlə qucaqlanarkən görüldü. Lentə alındıqlarının fərqində olmayan 53 yaşlı Madonna və sevgilisi həftəlik kirayəsi 200 min avro olan evlərə tərəf üz aldılar. Sonradan alınan məlumata görə, Madonnanın uşaqları və sevgilisinin yaxınları da bir-birilərini yaxından tanımaq üçün Fransaya təşrif buyurublar.

Günel Həbib

O.M.