Firuzə İbadova "Məşhəd" ziyarətindən dönüb

Firuzə İbadova "Məşhəd" ziyarətindən dönüb

1 Sentyabr 2011 10:12
Bəyəndim (0) Bəyənmədim (0)
Əməkdar artist digər müqəddəs məkanları da ziyarət etmək niyyətindədir

Azərbaycanın əməkdar artisti Firuzə İbadova bu günlərdə "Məşhəd" ziyarətindən dönüb. Ramazan ayı ilə əlaqədar olaraq oruc tutub, xeyirxah işlərlə məşğul olan sənətçi ilk olaraq "Məşhədi", ardınca isə digər müqəddəs ziyarətgahları ziyarət etmək niyyətindədir. "Həcc" ziyarəti də istisna deyil.

Onu da əlavə edək ki, Firuzə xanım İrana tək deyil, ailə üzvləri ilə bərabər gedib. Qızı Hülya, nəvəsi, bacısı qızı Günel və onun iki övladı da müğənni ilə birgə "Məşhəd"də olub. Hazırda əməkdar artist Yasamal rayonunda yenicə təmirdən çıxmış mənzilində "Məşhədxanıma" baş çəkənləri qəbul edib, onlara ziyarətgahdan gətirdiyi hədiyyələrini paylamaqdadır.

"Bir çox arzularım var idi ki, həyata keçməsi üçün dualar etdim. Ancaq heç də bu məqsədlə "Məşhəd"ə getməmişdim. Sadəcə olaraq, ürəyimdən gəldi. Xalqımı da unutmadım. Günbəgün çiçəklənən Azərbaycanımızın işğal altında olan torpaqlarının geri qaytarılması üçün dualar etdim. İnşallah, qəbul olunar", - deyən sənətçimizə biz də gözaydınlığı verir,"Allah tutduğunuz orucu, həmçinin ziyarətinizi qəbul eləsin! Amin!", - deyirik.

Könül Aypara

O.M.