45 yaşlı aktyor qadın döyməkdə təqsirli bilindi

45 yaşlı aktyor qadın döyməkdə təqsirli bilindi

31 Avqust 2011 17:00
Bəyəndim (0) Bəyənmədim (0)

Məşhur "Lost" serialında baş qəhrəmanı canlandıran aktyor Metyu Foks qadına hücum etməkdə təqsirləndirilərək saxlanılıb. Məlumata görə, aktyor Klivlenddə bir barın qarşısından adamları dəvət əsasında qonaqlığa aparan avtobusa minib. Adı dəvətlilər sırasında olmadığından avtobusun 29 yaşlı qadın sürücüsü ona əngəl olmağa başlayıb. İddiaya görə, qadının hərəkətinə əsəbiləşən Foks onun qarın və sinə nahiyəsinə zərbələr endirib. Əlləri qandallanaraq polis məntəqəsinə aparılan 45 yaşlı aktyor bir neçə saat davam edən sorğu-sualdan sonra sərbəst buraxılsa da, polisin araşdırması davam edir.

Kimliyindən asılı olmayaraq qadına əl qaldırmaq ən böyük kobudluq sayılır.

Tofiq Əliyev

O.M.