"İçeride" serialının heyəti məlum olur

"İçeride" serialının heyəti məlum olur

29 İyul 2016 12:11
Bəyəndim (0) Bəyənmədim (0)

Çağatay Ulusoyun baş rolda oynayacağı "İçeride" serialının aktyor heyəti formalaşır.

"Oxu Məni" qəzetinin Türkiyə mətbuatına istinadən məlumatına görə, Leonardo Di Kaprionun "The Departed" ("Dönüklər") filminin ssenarisi əsasında çəkiləcək ekran işinin rejissoru Uluç Bayraktar, ssenari müəllifləri Ertan Kurtalan və Toprak Karaoğludur. 39 seriya davam etməsi planlaşdırılan serialda Ulusoyun qardaşı "Mete" obrazını Aras Bulut İynemlicanlandıracaq. Ç,Ulusoyun qadın tərəf müqabili isə Bensu Soral olacaq. Bu günlərdə isə aktyor Rıza Kocaoğlunun heyətə qatıldığı açıqlanıb. Qeyd edək ki, serialı "Ay Yapım" şirkəti çəkir və prodüseri Kerem Çataydır.

Günel