Ərlə arvad eyni seriala çəkiləcək

Ərlə arvad eyni seriala çəkiləcək

29 İyul 2016 11:46
Bəyəndim (0) Bəyənmədim (0)

Kənan İmirzalıoğlu və Sinem Kobal cütlüyünün eyni serialda yer alacağı haqda xəbərlər yayılıb.

"Oxu Məni" qəzeti xəbər verir ki, Türkiyə mediası Bergüzar Korel və Halit Ergençdən sonra Sinem və Kənanın da yeni mövsümdə tərəf müqabili olacağını iddia edir. Son olaraq "Karadayı" serialında çəkilən Kənan bir illik fasilədən sonra ekranlara dönəcək. Serialla bağlı hazırlıqlar davam edərkən aktyor üçün tərəf müqabili tapmaqda çətinlik çəkilir. Bu səbəbdən "Ay Yapım" İmirzalıoğluna həyat yoldaşı S.Koballa birgə çəkilməyi təklif edib. Yaxın günlərdə bu haqda yekun qərar qəbul ediləcək.

Günel