"Paramparça" İsveç telekanalında da yayımlanacaq

"Paramparça" İsveç telekanalında da yayımlanacaq

29 İyul 2016 11:24
241
Bəyəndim (0) Bəyənmədim (0)

"Paramparça" serialı daha bir yeniliyə imza atacaq.

"Oxu Məni" qəzetinin Türkiyə mətbuatına istinadən məlumatına görə, son zamanlar xaricə satılan seriallar arasına "Paramparça" da qoşulub. Lakin digər türk seriallarından fərqli olaraq ekran işi İsveçin "STV 1" telekanalında dublyajla deyil, original dilində, altyazı ilə nümayiş etdiriləcək. "Broken Pieces" adlanacaq ekran işi sentyabrda yayıma girəcək və 20 həftə davam edəcək. Qeyd edək ki, STV 2013-cü ildə "20 Dakika" serialını da nümayiş etdirmişdi.

Günel