"Formula 1"in varisi 8 milyon dollarlıq toyla ərə getdi

"Formula 1"in varisi 8 milyon dollarlıq toyla ərə getdi

29 Avqust 2011 12:52
Bəyəndim (0) Bəyənmədim (0)
Onun tacı belə brilliantla bəzədilmişdi

"Formula 1"in müdiri Berni Eklestonun qızı Petra və nişanlısı Ceyms Stant nağılları xatırladan bir toy mərasimi ilə evləndilər. İlin toyu olaraq adlandırılan tədbirdə ingilis kraliyyət ailəsinə məxsus dəvətlilər də var idi. Toy İtaliyada - Romadakı Brassiano kilsəsində baş tutdu.

"F 1"in 22 yaşlı vəliəhdi kilsəyə ağ rəngli "Rolls Roys"la gəldi. Onun yanında atası, sürücü oturacağında isə eks formulaçı Cin Ales oturmuşdu. Tədbirdə təbii olaraq bütün gözlər gəlinin üzərində idi. 80 min funt-sterlinqə başa gələn gəlinliyi brilliantlı sırğalar və tac tamamlamışdı. Ümumilikdə toy üçün 8 milyon dollar xərcləndi.

Varlığa nə darlıq.

Günel Həbib

O.M.