Ruhiyə qarşı şok ittiham! "O vaxt qarpız satırdı..." - FOTO

Ruhiyə qarşı şok ittiham! "O vaxt qarpız satırdı..." - FOTO

27 İyul 2016 10:56
Bəyəndim (0) Bəyənmədim (0)
"Mənə bənzərliyi var idi, hamıdan pul alırdı..."

Əslən Tovuz rayonundan olan Rusiya vətəndaşı Aynur Əhməd qızı Sadıqova redaksiyasına müraciət edib.

A.Sadıqova iş adamı-müğənni Ruhi Əliyevanın ona iki min dollar borclu olduğunu qeyd edir:

"Ruhini on beş ildir ki, tanıyıram. O vaxt Moskvada "Çertanovo" adlanan meyvə bazarlarında qarpız satırdı, mən isə "Pokrov" deyilən bazarın anbarında çalışırdım. Həmin dövr üçün müəyyən zahiri oxşarlığımız olduğundan bir çox yerlərdə mənim adımdan istifadə edirdi. Günlərin birində yaxın qohumlarımdan biriylə söhbətində deyib ki, adım Aynurdur, özüm Tovuzdanam və sair. Qohumum mənə zəng vurdu ki, burada belə bir adam var, sənin adından istifadə edir. Dəfələrlə adımdan istifadə edib insanlardan pul götürürdü, sonra qaytarmırdı. Axırıncı dəfə adımın ləkələnməməsi üçün 2 min dollar borcunu ödədim. Efirdə deyir ki, mən həci xanımam. Əvvəla, məndən halallıq alsın və iki min dollarımı qaytarsın. Dəfələrlə Zaur Baxşəliyevə müraciət etdim, söz verdi, amma sonradan çəkindi, işıqlandırmadı".

İttihamlarla bağlı Ruhinin də mövqeyini öyrənməyə çalışacağıq. (ölkə)

Mediainfo.az