Tanınmış bəstəkar səkkizinci dəfə nənə oldu

Tanınmış bəstəkar səkkizinci dəfə nənə oldu

25 İyul 2016 15:00
Bəyəndim (0) Bəyənmədim (0)
Sədaqət Arifqızının qızının qızı dünyaya gəldi

Bəstəkar Sədaqət Arifqızının sayca səkkizinci nəvəsi dünyaya göz acıb. Bu dəqiqələrdə tanınmış klinikaların birində Sədaqət Arifqızının qızının qızı dünyaya gəlib. Ailədə artımla əlaqədar Sədaqət xanımla əlaqə saxladıq. Bəstəkar sevincini bizimlə bölərək dedi: "Çox sevinirəm, olmayanlara nəvə qismət olsun. Sizə də təşəkkür edirəm maraqlandığınız üçün. Fidan qızımın ikinci qız övladı sayca səkkizinci nəvəmdir. Burdan sizin vasitənizlə "Kaspian hospital"ın həkimi Nigar Axundova və bütün kollektivə minnətdaram".

Biz də bu münasibətlə Mediainfo portalı və "Oxu Məni" qəzetinin yaradıcı kollektivi adından bəstəkarı təbrik edirik.

Mediainfo.az