Aygün Röyanın ən yaxın dostunu əlindən aldı

Aygün Röyanın ən yaxın dostunu əlindən aldı

25 İyul 2016 10:50
Bəyəndim (0) Bəyənmədim (0)

Illərlə Röya ilə bir yerdə gördüyümüz Rəhim Rəhimlini birdən-birə Aygün Kazımova ilə yaxınlaşması əlbəttə ki, sual doğurur:

Yaxın dostunun "düşməni" ilə dostlaşan Rəhim Röyadan küsübmü?

İfaçıların yaxın ətrafından verilən məlumata görə, Röya Ayxan və Rəhim Rəhimli arasında inciklik yaranıb. İncikliyə səbəb Röya olub. O, dəfələrlə Rəhimlə duet oxuyacağına söz versə də, buna əməl etməyib. Ən yaxın dostundan bu laqeydliyi görən Rəhim yavaş-yavaş ondan uzaqlaşıb.

Bu küsülülük xalq artisti Aygün Kazımovanın işinə yarayıb. Yazdığı mahnılar qısa müddətdə hitə çevrilən Rəhim Rəhimli ən yaxşı mahnıları bundan sonra Aygün Kazımova ilə duet şəklində oxuyacaq. Burada Rəhim Rəhimli də qazanır. O, Aygün Kazımova kimi diva ilə duet ortağıdır. Onlar artıq ilk duetlərini Kazımovanın Nabran konsertində təqdim ediblər. Konsertin adı da ikiliyə məxsus idi - "Aygün/Rəhimli".

Hətta zarafatla Aygün Kazımova bundan sonra Rəhimli, Rəhim isə Kazımova olacaqlarını bəyan etmişdilər. Bu açıqlama onların sevgili olduqları şayiələrinin yaranmasına səbəb olsa da, bu söz-söhbət öz təsdiqini tapmadı.

Rəhim Rəhimli Röya ilə küsülülük xəbərinə belə reaksiya verdi:

"Niyə soruşursuz? Nə eşitmək istəyirsiz məndən? Biz Röya ilə əvvəlki kimi dostuq. Bir neçə gün əvvəl eyni məkanda səhnə bölüşmüşük".

Bəli, vaxtilə çox zaman hətta efirlərə belə bərabər gedən həmkarlar indi eyni məkanda səhnə bölüşməklə kifayətlənirlər...(1xəbər)

Mediainfo.az