Paris-Azərbaycan Evinin rəhbəri şou göstərməkdədir - FOTO

Paris-Azərbaycan Evinin rəhbəri şou göstərməkdədir - FOTO

23 İyul 2016 11:41
1 096
Bəyəndim (0) Bəyənmədim (0)
Röya Parisdə Azərbaycan mədəniyyəti üçün heç nə etmədən sertifikat aldı

Azərbaycanın əməkdar artisti Röya Ayxan Fransada olarkən "Paris-Azərbaycan Evi"nin fəxri üzvü seçilib.

Üzvülüyü təsdiq edən sertifikat sözügedən mərkəzin prezidenti Mirvari Fətəliyeva tərəfindən müğənniyə şəxsən təqdim olunub.

Röyaya bu mükafatın verilməsi Hacı Nurana görə olub. Belə ki, diaspora fəaliyyətindən daha çox şou aləminə yaxınlığı ilə tanınan Mirvari Fətəliyeva Hacı Nuranla dostdur və bir müddət öncə Hacı Nuran Fransada olarkən onunla bərabər Avropa Çempionatı oyunlarını da izləyib.

Belə olan təqdirdə sual olunur: Oğlu ilə Fransaya istirahətə gedən Röya Parisdə Azərbaycan mədəniyyəti üçün nə edib ki, Paris Azərbaycan Evi onu fəxri mükafatla təltif edib? Fakt odur ki, Azərbaycanın əməkdar artisti olan Röya özü bu mükafatı istəməyib, sadəcə fəaliyyəti çox zəif olan və Azərbaycan üçün Fransada çox şey edə bilməyən Mirvari Fətəliyeva reklam olunmaq və gündəmdə qalmaq üçün belə addım atıb. Hətta bu mükafat Röya üçün o qədər əhəmiyyətsiz olub ki, o fotonu şəxsi "instagram" səhifəsində də paylaşmayıb.

Hər kəsə bəllidir ki, Fransada Azərbaycan mədəniyyətini ən yaxşı və ən yüksək səviyyədə təbliğ edən Heydər Əliyev Fondu və Fondun prezidenti Mehriban Əliyeva və vitse - prezident Leyla Əliyevadır.

Belə olan təqdirdə yaxşı olardı ki, Mirvari Fətəliyeva Röyaya mükafat verməyə ayırdığı vaxtı diasporaya və ölkəmizin Fransada təbliğinə həsr etsəydi daha böyük iş görmüş olardı. (azxeber)

Mediainfo.az