Aşıq Əli "Aşıqlar" xalq kollektivi ilə Xorvatiyada - FOTO

Aşıq Əli "Aşıqlar" xalq kollektivi ilə Xorvatiyada - FOTO

22 İyul 2016 22:55
Bəyəndim (0) Bəyənmədim (0)

Mediainfo.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə "Aşıqlar" xalq kollektivi Xorvatiyada keçirilən beynəlxalq folklor musiqi festivalında çıxış edib.
Xalq kollektivində Şirvan aşıqlarından Vüqar Mahmudoğlu və Əli Tapdıqoğlu təmsil olunub. Onları Qənimat Qədirov, Baxış Binyətov (balaban), Şöhrət Əliyev (nağara) və Şəmsi Fətəliyev müşayiət ediblər. Qrupa AAB-nin beynəlxalq məsələlər üzrə katibi, Əməkdar İncəsənət Xadimi Sənubər Bağırova rəhbərlik edib.
Qeyd edək ki, aşıqlarımız iyulun 20-dən 24-dək Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən 50-ci Beynəlxalq Folklor Festivalında iştirakını davam etdirəcək. "Aşıqlar" xalq kollektivi ayrı-ayrı proqramlarla 3 konsert təqdim edəcək.

Hazırladı: Könül Aypara