Uill Smit Mark Entoni ilə aldadıldı

Uill Smit Mark Entoni ilə aldadıldı

26 Avqust 2011 13:44
Bəyəndim (0) Bəyənmədim (0)
J.Lonun ərini əlindən kim aldı?

Amerikalı aktyor Uill Smit və özü kimi film dünyasında xeyli tanınan arvadı Cadanın ayrılığı Hollivudu təəccübləndirdi. Cütlük ayrılmadıqlarını sübut etmək üçün Los-Ancelesdəki alış-veriş mərkəzində birlikdə görünsələr də, "İn Touch" jurnalının Uillin arvadını Mark Entoni ilə eyni yataqda tutduğu xəbəri fikirləri qarmaqarışıq etdi. Xəbərin başlığı isə bu cür oldu: "İki evlilik sonlandırıldı": Cada Cenifer Lopezin ərini oğurladı". Məlumata görə, Uill Smit evə erkən gəlib. Və arvadını müğənni Mark Entoni ilə yaxalayıb. Sonra göz yaşlarına boğulub və nə deyəcəyini bilməyib. Olayın səhəri Cada evi tərk edib. Aktyor isə bütün bunları ört-basdır edən xidmətçilərini evdən qovub.

Qadın nəyisə istəyirsə vermək lazımdır, əks halda özü götürəcək.

Günel Həbib

O.M.