Rəşad Dağlı: "Evlənməmişəm ki, boşanım!"

Rəşad Dağlı: "Evlənməmişəm ki, boşanım!"

13 Aprel 2011 14:17
Bəyəndim (0) Bəyənmədim (0)

Son günlər gənc meyxanaçı Rəşad Dağlı (Əmirov) haqqında şayiələr səngimək bilmir. Ötən il sevdiyi xanımla ailə qurmuş meyxanaçının artıq boşandığı xəbərləri yayılıb. Məlumatı dəqiqləşdirmək üçün Rəşadla telefon əlaqəsi saxladıq. O, deyilənləri təkzib edib, "Mən sevdiyim xanımla ailə qurmuşam. Çox xoşbəxtəm. Bütün gənclərə, sevib-sevilənlərə bu cür xoşbəxtlik arzulayıram. Allah heç bir ailəni sevgisiz yaratmasın", - deyə əlavə etməyi də unutmadı. Hal-hazırda bir çox xarici ölkələrə, əsasən də Rusiyadakı azərbaycanlıların toy mərasimlərinə dəvət alan R.Dağlı yaradıcılığındakı yenilikləri tezliklə pərəstişkarları ilə bölüşəcəyini də vurğuladı.

Canımı canan apardı getdi, qəlbimə sultan apardı getdi...

Könül Aypara

O.M.