Hüquqşünas: "Brilliant xanımın yarıçılpaq fotoları gizli çəkilməyib"

Hüquqşünas: "Brilliant xanımın yarıçılpaq fotoları gizli çəkilməyib"

21 İyul 2016 12:13
290
Bəyəndim (0) Bəyənmədim (0)
"Bunu xalq artistinə yaraşmayan davranış kimi qiymətləndirirəm"

Xalq artisti Brilliant Dadaşovanın ötən gün yayılan fotoları maqazin gündəmində böyük rezonansa səbəb oldu

Bu gün isə sənətçinin mətbuat xidməti fotoları çəkən şəxsin məhkəməyə veriləcəyini açıqlayıb:

"Dünya təcrübəsində yay sezonunda belə paparassi fotoların yayımına tez-tez rast gəlinsə də, bu, Briliant xanım üçün yolverilməzdir. Artıq bu məsələ ilə aidiyyəti qurumlar məşğul olur və səbəbkarların axtarışına başlanılıb".

Maraqlıdır, xalq artisti həmin şəxsi məhkəməyə verə bilərmi və doğrudanmı bu fotolar onun xəbəri olmadan çəkilib.

Məsələni şərh edən hüquqşünas Vüqar Səfərli bildirib ki, hər bir cəmiyyətin müəyyən olunmuş birgə yaşayış qaydaları və bu qaydaları təmin edən hüquq normaları mövcuddur:

"Konstitusiyamızın 3-cü fəsli əsasən insan və vətəndaş hüquqları və azadlıqlarına həsr olunub. Konkret olaraq bu məsələ ilə bağlı Konstitusiyamızın 32-ci maddəsi ilə izahat gətirmək olar. Sözügedən maddənin dizpozisiyasında qeyd edilir ki, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyat sirrinin toplanılmasına, saxlanılmasına və istifadəsinə yol verilmir. Dünya təcrübəsinə əsaslandıqda isə əlbəttə bir çox ölkələrin müxtəlik şou maqazin verilişlərində sənət adamlarının şəkilləri, videogörüntüləri tamaşaçılarla paylaşılır. Analoji problemlər isə yaranmır. Şəxsin razılığı olmadan, onun iradəsinə zidd olaraq və yaxud gizlin çəkilib və istifadə edilirsə, onun konstitusion hüququnu pozmuş sayılır. Azərbaycan qanunvericiliyinə əsasən, şəxsin toxunulmazlıq hüququqnun pozulduğunu iddia edən şəxs bu barədə işgüzar nüfuzunun müdafiə edilməsi tələbi ilə məhkəməyə müraciət edə, ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsini də qaldıra bilər. Hesab edirəm ki, xüsusi ittiham qaydasında təhqir və böhtanla bağlı motiv yoxdur. Qeyd etdiyim kimi şəxsi toxunulmazlıq hüququnun pozulmasına görə mülki qaydada iddia qaldıra bilər".

Əməkdaşımızın "sizcə, bu fotolar doğrudanmi gizli çəkilib və Brilliant xanımın xəbəri olmayib" sualına hüquqşünas belə cavab verib:

"Şəxsi mülahizəm və subyektiv fikrim budur ki, fotolar gizli çəkilməyib. Necə ola bilər ki, Brilliant xanımın istirahət etdiyi günəş vannası aldığı yerin 1-2 metrliyində şəkillər çəkilir və xanımın xəbəri olmur. Hesab edirəm ki, yavaş-yavaş gündəmdən düşməkdə olan müğənninin özünün düşünülmüş şəkildə qurduğu oyundur.

Ola bilər, müğənni yeni albom və ya hansısa layihə üzərində işləyir. Ola bilsin, bütün bunlar həmin layihənin partlayışa səbəb olmasına xidmət edən amillərdir. Doğrudan da bu məsələ qurmadırsa, xalq artistinə yaraşmayan davranış kimi qiymətləndirirəm. Əlbəttə özü çəkdirə bilər. Bunun nə dərəcədə doğru olub-olmadığını oxucuların mülahizəsinə buraxaq.

Bir daha deyirəm, bu iddia deyil, sadəcə, subyektiv fikirlərimdir". (ölkə)

Mediainfo.az