Röya: "Hacı Nuranın verilişinin ilk qonağı özüm olacağam!" - FOTO

Röya: "Hacı Nuranın verilişinin ilk qonağı özüm olacağam!" - FOTO

20 İyul 2016 13:42
Bəyəndim (0) Bəyənmədim (0)
Dostlar Fransada

Azərbaycanın əməkdar artisti Röya Ayxan oğlu Hüseynlə birgə Avropaya dincəlməyə gedib.

Qərb ölkələrini qarış-qarış gəzən əməkdar artist Fransada da olub. O, burada teleaparıcı hacı Nuranla görüşüb.

Tanınmışlar kafelərin birində oturub, yemək yeyib, çay içiblər. Uzun-uzadı söhbətdən sonra Röya Nurana uzun ömür, can sağlığı arzulayıb.

Mediainfo.az-a açıqlamasında Röya Nuranla görüşündən danışıb:

- Onun xətrini dünyalar qədər istəyirəm. Zatən hamı bilir ki, Nuran necə insandır. Allahın sevimli bəndəsidir. Onun müalicə xərclərini çəkən hər kəsə minnətdarlığımı bildirirəm. Hacı Nurana həyatın ən gözəl neməti olan sağlamlıq diləyirəm! Öznə də demişəm, yenidən işə başlayanda verilişinin ilk qonağı özüm olacağam!

Hazırladı: Könül Aypara