"Əkiz bacılar, sizi ANS efirə çıxarıb, adam edib" — QALMAQAL + FOTO

"Əkiz bacılar, sizi ANS efirə çıxarıb, adam edib" — QALMAQAL + FOTO

19 İyul 2016 10:38
Bəyəndim (0) Bəyənmədim (0)

Məlum olduğu kimi, Azərbaycan ərazisində ANS televiziyasının yayımından imtina edilib

Bu qərardan sonra bəzi sənət adamları sosial şəbəkələrdə bununla bağlı xoşagəlməz statuslar yazıblar. ANS-in keçmiş əməkdaşı Sənan Sərdaroğlu telekanal haqda yazılanlara elə sosial şəbəkə vasitəsilə cavab verib:

"ANS-in efirinə düşmək istəyən müğənniciklər, daha kimlərlə xəbərlər yollamırdınız. Lazım olsa, adlarınızı düzərəm bura. Ayıbdır, heç olmasa siz nəsə yazmayın. Sizi ANS adam edib, ortaya çıxarıb. Əkiz bacılar (Sevil-Sevinc bacılarını nəzərdə tutur) ANS-in efiri üçün can atırdılar. İlk dəfə sizi "Günə baxan" verilişi efirə çıxarıb adam edib. Efir üçün yalvarırdınız. İndi bəzi müğənniciklər status yazıb paylaşırlar. Bağlanıb, yenə də açılar. Gəlib bütün dərdlərinizi ANS-ə deyirdiniz. Mən də ANS-də işləmişəm, məktəbini keçmişəm, çörəyini yemişəm. İnşallah, yaxın zamanda açılar, bəzi müğənniciklər yenə efirə çıxmaq üçün yalvarar".

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının yaydığı məlumatda ANS-in terrorizmin təbliği istiqamətində fəaliyyətini davam etdirməsi, Türkiyə hakimiyyətinin vəziyyətin sabitləşdirilməsi istiqamətində atdığı addımları hədəfə götürməsi, yüzlərlə insanın qətlə yetirilməsinə səbəb olan qəddar cinayətə bəraət qazandırmağa çalışması və nəticə etibarilə qardaş ölkədə vətəndaş qarşıdurmasının dərinləşməsinə yönələn addımlar atdığı üçün müvəqqəti olaraq bağlandığı qeyd olunur. (ölkə)

Mediainfo.az