Keçmiş ərinin barda döyülməsi xəbərinə Röya Ayxandan təpki gəldi

Keçmiş ərinin barda döyülməsi xəbərinə Röya Ayxandan təpki gəldi

18 İyul 2016 11:44
Bəyəndim (0) Bəyənmədim (0)
"Hər kəsin şəxsi həyatı var"

Gündəmin qalmaqallı xəbərlərindən biri də müğənni Röya Ayxanın keçmiş əri Anar Cəlilovun gecə klublarının birində vəhşicəsinə döyülməsi barədə yayılan məlumatlar oldu. Qeyd edək ki, Anar Cəlilov "Çudo Peçka" mağazalar şəbəkəsinin rəhbəri, iş adamı Çingiz Cəlilovun oğludur.

AzNews.az saytının məlumatına görə, hadisə Bakının məşhur gecə klublarından birində baş verib. Hadisə nəticəsində Anar Cəlilov və onunla birlikdə kluba gələn qardaşı mühafizəçilər tərəfindən şil-küt edilib. Bir neçə nəfər tərəfindən döyülən A.Cəlilovun sifəti darmadağın edilib. Döyülən şəxslər aldıqları ciddi xəsarətlə xəstəxanaya çatdırılıblar. Hadisə ilə bağlı Nəsimi rayon polis idarəsində cinayət işinin açıldığı bildirilir. Hadisəni törədən mühafizəçilər saxlanılıb. Saytın yaydığı məlumata görə, mühafizəçilər A.Cəlilovun döyülməsinin səbəbini həddindən artıq sərxoş vəziyyətdə kluba daxil olmaq istəməsi və orada qadınlara qarşı nalayiq ifadələr işlətməsi olub. Xəbərdarlığa baxmayaraq A.Cəlilov sakitləşməyib, əksinə mühafizəçilərin üzərinə hücum edib.

Məsələ ilə əlaqədar dəfələrlə Nəsimi Rayon Polis İdarəsi ilə əlaqə saxlasaq da telefon zənglərimiz cavabsız qaldı. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə "Yeni Müsavat"a bildirdi ki, məsələ ilə əlaqədar məlumatları dəqiqləşdirdikdən sonra açıqlama verə biləcək.

Keçmiş ərinin döyülməsi xəbərinə müğənni Röya Ayxanın da münasibətini öyrənməyə çalışdıq. Müğənninin mətbuat katibi Türkan Məmmədli bu cür məsələlərdə müğənninin adının hallanmasını pisləyib: "Ümumiyyətlə bu məsələnin bizə aidiyyəti olmamalıdır. Niyə hər dəfə Anar Cəlilovla bağlı bir yazı dərc olunanda mütləq Röyanın adı da hallanır burda? Hər kəsin şəxsi həyatı var. Onunla bağlı nə baş verirsə bizimlə nə əlaqəsi var? Çox xahiş edirik ki, bu cür xəbərlərdə Röyanın adı hallanmasın".

"Röya Ayxanın bu məsələ ilə bağlı bir məlumatı varmı" sualımıza mətbuata katibi bu cür cavab verdi:

"Bu barədə Röya xanımla danışmamışıq. Amma məlumatı olsa nə olacaq ki, nəyə qarışacaq?".

Xatırladaq ki, müğənni Röya Ayxan Anar Cəlilovun ikinci həyat yoldaşı olub. Onların bu evlilikdən Hüseyn adlı oğlanları var. 2014-cü ildə A.Cəlilov "İnstagram" səhfəsində müğənni ilə rəsmən boşandıqları haqda məlumat yaymışdı. (musavat)

Mediainfo.az