Qaynar xəttə zəng: “Tatlısəsi yenə vuracaqlar”

Qaynar xəttə zəng: “Tatlısəsi yenə vuracaqlar”

15 İyul 2016 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

Məşhur türkiyəli müğənni İbrahim Tatlısəsin həyatı üçün təhlükə yaranıb.

155 qaynar xəttinə zəng edən naməlum şəxs Tatlısəsin vurulacağını xəbər verib.

Dərhal araşdırmaya başlayan Türkiyə polisi müğənninin təhlükəsizliyini qorumaq üçün iki cangüdən ayırıb.

Xatırladaq ki, məşhur müğənni 2011-ci ildə silahlı hücuma məruz qalıb. Başından yaralanan Tatlısəs uzun müddət müalicə alıb. (xəbərturk)

Mediainfo.az