EMİN konsertində anasına sevgisini belə bildirdi - FOTO

EMİN konsertində anasına sevgisini belə bildirdi - FOTO

15 İyul 2016 10:34
Bəyəndim (0) Bəyənmədim (0)
"Ana, sən mənim hər şeyimsən!"

Dünən - iyulun 14-də Bakıdakı "Yaşıl Teatr"da azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarov möhtəşəm konsert proqramı ilə çıxış etdi.

Mediainfo.az-ın məlumatına görə, EMİNin ailə üzvləri ilə yanaşı, konsertə Rusiyadan gələn qonaqları, yaxın dostları da qatılmışdı.

Hər il keçirildiyindən artıq ən-ənənə şəklini almış konsertdə tanınmış simalar da var idi. Onu da xüsusi vurğulayaq ki, "AZAL"ın rəhbəri Cahangir Əsgərovun xanımı da EMİNin konsertinə xüsusi təşrif buyurmuşdu. O, müğənninin anası ilə yaxın rəfiqə olduğundan elə birlikdə mahnılardan feyziyab olurdular.

EMİN yeni lentə aldığı mahnıları tamaşaçıları, pərəstişkarları ilə bərabər ifa etdi. Əkiz oğlanları Mikayıl ilə Əli gül dəstələrini səbəbkara təqdim etdilər. Daha sonra müğənni anasını rəqsə dəvət etdi.

E.Ağalarov anasına olan sevgisini isə hər kəsin önündə belə bildirdi:

"Ana, sən mənim hər şeyimsən!"

Bir sözlə, yüksək ab-havada davam edən konsert proqramı gecə saatlarında bitdi.

P.S. Əldə etdiyimiz məlumata görə, EMİNin xaricdən gələn qonaqları "See Breeze"dəki oteldə yerləşdiriləcəkdir.

Hazırladı: Könül Aypara