Xalq artistindən Elnarə Xəlilovaya səmimi məktub gəldi

Xalq artistindən Elnarə Xəlilovaya səmimi məktub gəldi

14 İyul 2016 15:30
Bəyəndim (0) Bəyənmədim (0)
Faiq Ağayev həmkarının ifasını, insani xüsusiyyətlərini ağızdolusu vəsf edir

Xalq artisti Faiq Ağayev müğənni həmkarı Elnarə Xəlilovanı növbəti dəfə ana olması münasibəti ilə təbrik edib. Mediainfo.az xəbər verir ki, Qızıl Şlyager facebook profilində həmkarına xoş sözlərlə xitab edərək yazıb: "Xətrini, ifasını, düzgün insani xüsusiyyətlərini çox istədiyim gözəlim L-narə Xəlilova hamiləliyinin son günlərində olmağına baxmayaraq, 2 gün sərasər studiyada yanımda oldu, yeni mahnılarımın səsyazmasında iştirak etdi.

Dünən onu studiyadan yola salarkən, ümid etdim ki, bu gün o sağlam, qəşəng balanın anası olacaq artıq. Elə də oldu, şükür Yaradana! Şiddətli təbriklər, əzizim Elnarə! Allah-Təala o gözəl balanı atalı-analı, xoşbəxt-bəxtiyar yaşatsın! Xoş gəlib, səfa gətirib bu dünyaya igid oğul balan! Çox sevindim!"

Xatırladaq ki, Elnarə xanım hamiləliyinin son günlərində belə iş fəaliyyətini davam etdirirdi. O, xalq artisti Faiq Ağayevlə yeni mahnılar üzərində işləyirdi. Məhz belə günlərin birində onun dördüncü dəfə ana olması xəbəri hər kəs kimi xalq artistini də sevindirdi.

Mediainfo.az