"Öyle bir geçer zaman ki"nin Ali kapitanı öldü!

"Öyle bir geçer zaman ki"nin Ali kapitanı öldü!

25 Avqust 2011 13:14
1 083
Bəyəndim (0) Bəyənmədim (0)

Bir neçə ay bundan öncə Türkiyənin "Kanal D" televiziyasında yayımlanan "Öyle bir geçer zaman ki" serialı sual işarəsi altında sezonla vidalaşmışdı. Son bölümündə serialda tapançadan çıxan güllə ilə balıqçınınmı, yoxsa Ali kapitanınmı öldüyü naməlum qalmışdı. Amma artıq məlumdur ki, Ali kapitan ölür! Bu xəbər heç bir yerdə təsdiqini tapmasa da, bizim bu iddiamızı kanalın təqdimat videosu təsdiqləyir. Çünki fraqmanda serialın bütün heyəti olsa da, nədənsə Ali kapitanın nə səsi çıxır, nə də görüntüsü. Məntiq bu halda deyir ki, serialın zalım, cəsarətsiz atası Ali kapitan builki çəkilişlərdə görünməyəcək. Və layihə ilə vidalaşacaq.

Günel Həbib

O.M.