Röya: "Hər yerdə mənimlədir!" - VİDEO

Röya: "Hər yerdə mənimlədir!" - VİDEO

13 İyul 2016 12:54
417
Bəyəndim (0) Bəyənmədim (0)
Röya və Zamiqin "Badamlı" klipi hazır oldu

Azərbaycanın əməkdar artisti Röya və müğənni Zamiq Hüseynovun birgə ifa etdikləri "Badamlı" klipi artıq tamaşaçıların ixtiyarına buraxıldı.

Xatırladaq ki, "Badamlı"nın sözləri Leyla Erola, musiqisi isə onun həyat yoldaşı Hakan Erola məxsusdur. Klipin müəyyən hissələri Azərbaycanda çəkilsə də, böyük qismi Gürcüstanın paytaxtı Tiflisdə lentə alınıb. Necə olmasa, rejissorun özü elə gürcüdür axı. Onu da əlavə edək ki, bu, Qabriel Rasmadzenin azərbaycanlılarla ilk işi deyil. O, yerli bank və şirkətlər üçün dəfələrlə reklam çarxları çəkib.

Baş rollardan əlavə "Badamlı"ya epizodik rolun ifaçısı da çəkilib. Bu, Fəlakət kimi tanınan Elşən Orucovdur.

Əlavə edək ki. tanınmışların geyimi stilist Elnur Həsənova həvalə edilib.

Əməkdar artist Röya Nəcəfova yeni klipi ilə bağlı Mediainfo.az-a bunları söylədi:

- Hamımız "Badamlı" içirik. Amma onun fəqliliyini dərk etmirik. Həm susuzluğu yatırır, həm də müalicəvi xüsusiyyətləri var. Mahnı çox ürəyimə yatdı. Musiqisinə, sözlərinə görə Erollara minnətdaram. zamiqə. Fəlakətə, bir sözlə, bu işdə əməyi keçənlərə təşəkkür edirəm. Klipdən sonra "Badamlı"ya marağım daha da artdı. Daha onsuz dayana bilmirəm. Hər yerdə mənimlədir, hətta çantamda belə. (gülür) Əsl yayın hitidir "Badamlı"! İçin və qulaq asın!

BİR AZ DA BADAMLI HAQQINDA

1947-ci ildən bu günədək özünəməxsusluğu ilə seçilən Azərbaycanın ilk qablaşdırılmış suyu "Badamlı" qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda içilən təbii, müalicəvi mineral süfrə suyudur. Bu suyun mənbəyi dəniz səviyyəsindən 1400 m yüksəklikdə, Naxçıvan şəhərinin 30 kilometirliyində, Badamlı kəndinin cənub-qərbindədir. Badamlıda beş mənbədən su çıxır və bunların gündəlik debiti 2,5 milyon l-dir. Badamlı suyu hidrokarbonatlı, maqnezimu-kalsium-natriumlu su olub ümumi minerallaşması ayrı-ayrı mənbələrdə 0,7-7,4 q/l-dir. Suyun tərkibində xlor və sulfat anionu, yod, brom, mis, borat turşusu var.

HAZIRLADI: KÖNÜL AYPARA