Tolik şəhidin məzarındakı bayrağı yenilədi - FOTOLAR

Tolik şəhidin məzarındakı bayrağı yenilədi - FOTOLAR

13 İyul 2016 12:31
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verdiyimiz kimi, prodüser Tolik (Tarix Əliyev) ilə Xaçmazın İcra başçısı arasında aprel döyüşlərində şəhid olan Elvin Mirzəyevin qəbir daşının qoyulması üstündə qalmaqal yaranmışdı

Məsələni ictimailəşdirən prodüser bu gün şəhidimizin qəbrini ziyarət edib. O, şəhidimizin məzarı üstünə çiçək dəstəsi qoyub, bayrağı yeniləyib.

Şəhid Elvin Mirzəyevin məzarı üzərindən foto paylaşaraq bunları yazıb:

"Prodüser bu gün Xaçmaza yollanaraq şəhid E.Mirzəyevin məzarını ziyarət edib.

"Azərbaycan bayrağının rəngi şəhidimizin məzarı üstə heç zaman solmaz. Çünki Azərbaycanda vətənsevər insanlar milyonlarladır. Mən də bir vətəndaş kimi borcumu yerinə yetirib, Elvinin məzarı üstə gəlib, gül çələngini sizlərin adından qoyuram. Məzarın parçasını da yenilədim, bayrağımızı da təzələdim. Allah ölən şəhidlərimizə rəhmət eləsin".
Tolik şəhidimizin məzarını yenilədi
Tolik şəhidimizin məzarını yenilədi

Mediainfo.az