Nəsrin Cavadzadə izləyicilərinə hirsləndi

Nəsrin Cavadzadə izləyicilərinə hirsləndi

12 İyul 2016 14:12
Bəyəndim (0) Bəyənmədim (0)
"Aid olduğunuz yerdə qalın! Yəni mənim fotolarımın altında!”

Mediainfo.az xəbər verir ki, Türkiyədə yaşayıb-yaradan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə "Kış güneşi" serialı bitər-bitməz ABŞ-a – tətilə yollanıb. Xatırladaq ki, serial reytinq toplaya bilmədiyinə və Nəsrin kimi bir çox tanınmış simaların uğursuz rol ifa etdiklərinə görə qurban getdi.

... ABŞ-da çəkdirdiyi açıq-saçıq fotoları İnstaqram hesabında paylaşan Nəsrinə izləyicilər müxtəlif rəylər yazıblar. Əlbəttə ki, onu bəyənənlər arasında bəyənmələrin rəyləri də yer almaqdadır.

N.Cavadzadənin sonuncu fotosu isə əməlli-başlı səs-küyə səbəb olub. Belə ki, amerikalı polislərlə görüntülənən aktrisanı ağ yuyub, qara səriblər. Onu irqçilik edən amerikalı polislərə dəstəkdə ittiham ediblər.

N.Cavadzadə isə bütün rəyləri oxuduqdan sonra saymazyana tərzdə cavab yazıb:

"Dərin deyilsən, intellektual deyilsən, sənətçi deyilsən, müzakirəçi deyilsən, şair deyilsən. Sadəcə internet istifadəçisisən, o qədər! Aid olduğunuz yerdə qalın! Yəni mənim fotolarımın altında!"

Banu Qocaman