Leyla Əliyeva əkizləri ilə "Jara" festivalında  FOTO

Leyla Əliyeva əkizləri ilə "Jara" festivalında FOTO

10 İyul 2016 15:01
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 9-da Xəzər dənizinin sahilindəki "Sea Breeze" istirahət mərkəzində "Jara" Beynəlxalq Musiqi Festivalı başlayıb.

APA-nın xəbərinə görə, qırmızı xalı üzərindən keçid başa çatdıqdan sonra "Jara" Beynəlxalq Musiqi Festivalına start verilib. Murad Dadaşov səhnəyə Yana Çurikova və Andrey Malaxovu dəvət etdikdən sonra, festival "Rast" qrupunun çıxışı ilə başlayıb.

İki gün davam edəcək festivalda çoxlu sayda məşhur müğənnilər iştirak edir. Festivalın birinci günündə səhnəyə Diana D., A-DESSA, Katya Lel, Zülfiyyə Xanbabayeva, Polad Bülbüloğlu, Filip Kirkorov, Aleksandr Revva, Vlad Sokolovski, Artik və Asti dueti, Anita Tsoy, Tomas Nevergreen, "Suxiye" qrupu, Azər Nəsibov, Slava, Loboda, Sati Kazanova, Polina Qaqarina və başqaları çıxdılar.

Festivalın iştirakçıları sırasında Stas Mixaylov, Vladimir Presnyakov, Ani Lorak, Qriqori Leps, Leonid Aqutin, Anna Sedokova, Denis Klyaver, "Arsenium", Mitya Fomin, Bahhtee, "The Jiggits", habelə digər nüfuzlu ifaçılar və qruplar da yer alıb.

Tanınmış musiqiçi və müğənni Emin Ağalarov festivalın təşkilində göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin təşəkkürünü bildirib.

Festival gecədən xeyli keçənədək davam edib.

"Jara"nın təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, "Russkoye radio"nun və "Qızıl qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Festival Bakıda hər il keçiriləcək.

P.S. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Jara" Beynəlxalq musiqi festivalında fəxri qonaq qismində iştirak edib. Əkiz övladları Mikayıl və Əli də festivala qatılıblar.

"Jara" festivalının ikinci günü bu gün "Sea Breeze"də baş tutacaq.

Hazırladı: Könül Aypara