Xuraman Əlizadənin oğlu olub

Xuraman Əlizadənin oğlu olub

10 İyul 2016 12:43
Bəyəndim (0) Bəyənmədim (0)

Aktrisa Xuraman Əlizadə oğlan anası olub.

Bu haqda aktrisanın həyat yoldaşı məlumat verib:

"Xuraman xəstəxanadadır. Övladımız srağagün səhər saatlarında dünyaya gəlib. Allaha şükür, hər ikisi yaxşıdır. Hər şey çox gözəldir. Oğlumuza atamın adını, Sabahəli adını qoyacağıq".

Qeyd edək ki, Xuraman Əlizadənin və həyat yoldaşının evliliyi ikinci evlilikdir. Müəyyən səbəblərdən onların hər ikisinin birinci evlilikləri davam etməyib. (teleqraf)

Mediainfo.az