"Titanik"dən qurtuldu, evdə yanacaqdı

"Titanik"dən qurtuldu, evdə yanacaqdı

23 Avqust 2011 14:18
Bəyəndim (0) Bəyənmədim (0)
Aktrisa möcüzə ilə xilas olub

Karib adasında dincələn Böyük Britaniyalı aktrisa Keyt Uinslet dəhşətli yanğından möcüzə ilə xilas olub. "Titanik" filminin məşhur ulduzunun qaldığı ev ildırım çaxmasından yanıb. Adanı sürəti saatda 145 kilometrə çatan güclü qasırğa cənginə alıb. Hadisə Keyt Uinsletin həmyerlisi Riçard Brensona məxsus malikanəyə daxil olan evlərdən birində baş verib. Yanğın baş verərkən Keyt Uinslet Riçard Brensonun həmin malikanədə qalan 90 yaşlı anasını qollarında çıxararaq onun həyatını da xilas edib. Evdə qalan 20 nəfərin hamısı xilas olub.

Günel Həbib

O.M.