Baş nazirdən İbrahim Tatlısəsə sürpriz ziyarət

Baş nazirdən İbrahim Tatlısəsə sürpriz ziyarət

22 Avqust 2011 14:31
808
Bəyəndim (0) Bəyənmədim (0)
İbonun son halı

Baş nazir Rəcəb Təyyib Ərdoğan türk səhnəsinin imperatorunu xəstəxanada ziyarət etdi. Ayaq üstə, əvvəlki vəziyyətində dövlət məmurunu qarşılayan İbrahim Tatlısəs onu sevməyənləri məyus etmiş oldu. Sənətçinin üzərindəki gözmuncuğu və nəzər duası diqqət çəkdi. Saçları, bığları ağarmış müğənni idman üslubuna üstünlük vermişdi. Onun taxdığı papaq isə çox güman ki, silahlı hücumdan geriyə qalan izləri ört-basdır etmək üçün idi.

Onu da qeyd edək ki, bu böyük ziyarətdən sonra İbo təcili olaraq Almaniyaya göndərildi. Onun xəstəxanadan çıxışı gizli oldu.

Tatlısəsdən "tatlı" xəbərlər gəlir.

Günel Həbib

O.M.