Baloğlan Əşrəfovun qohumu özünü öldürdü

Baloğlan Əşrəfovun qohumu özünü öldürdü

22 Avqust 2011 15:07
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Azərbaycanın məşhur müğənnisi Baloğlan Əşrəfovun əmisi oğlu, Masallı rayon sakini 45 yaşlı Bağır Əşrəfov intihar edib. Xəbərə görə, mərhum özünü həyətlərindəki tövlədə asıb. Rayon sakinləri məlumat veriblər ki, B. Əşrəfov qardaşı arvadını öldürdüyünə görə həbsdə olub. Onun bir ay öncə həbsxanadan çıxdığı bildirilir.

Hadisə ilə bağlı "Azadlıq" qəzetinə açıqlama verən Baloğlan Əşrəfov faktı təsdiqləsə də, mərhumun onun yox, atasının əmisi oğlu olduğunu bildirib.

Həyat insana verilən ən gözəl hədiyyədir. Kimsə bu hədiyyədən imtina edirsə, deməli küsdürən var.

Günel Həbib

O.M.