Kim Kardaşyan ərə getdi

Kim Kardaşyan ərə getdi

22 Avqust 2011 12:44
Bəyəndim (0) Bəyənmədim (0)

Məşhur ulduz Kim Kardaşyan 6 aydır bərabər olduğu basketbolçu sevgilisi ilə evləndi. Kim və 26 yaşlı Kris Hamfresin toyu 2000-ci ildə Bred Pit və Cenifer Enistonun toyunun baş tutduğu Los-Ancelesdəki bir villada reallaşdı. Tədbirə 440 qonaq qatıldı. Toyun haqları satıldı. Görüntülər bu gün "El Entertainment Channel" kanalında, rəsmləri isə cümə günü işıq üzü görəcək "People" jurnalında olacaq. Kanalın 20 milyon dollar ödədiyi, jurnalın isə 1.5 milyon dollarından vaz keçdiyi öyrənildi. Mərasimin bütün haqlarını sataraq, buradan da gəlir əldə edən erməni gəlin ətrafda quş uçmasın deyə qorumalarının sayını artırdı. Bütün dəvətlilərdən qara-bəyaz geyinmələrini rica edən Kimin gün boyunca gəlinlikdən savayı ("Vera Wang" imzalı) 2 paltar dəyişdirdiyi məlum oldu. Bəy isə " Ermenegildo Zegna" imzalı smokinqlə qatıldığı toyunu adi kostyumla yekunlaşdırdı.

Günel Həbib

O.M.