Çağla Şikel adı eşq macərasında hallanan Alişanın klipinə çəkildi - VİDEO

Çağla Şikel adı eşq macərasında hallanan Alişanın klipinə çəkildi - VİDEO

10 İyun 2016 14:18
Bəyəndim (0) Bəyənmədim (0)
"Ölümsüz aşklar" yenicə Youtube-a yerləşdirilib!

Sonuncu dəfə 1998-ci ildə Çelikin klipində çəkilən Çağla Şikel 18 il sonra sənət dostunun klipi üçün kamera qarşısına keçib. Qeyd edək ki, tanınmış model, həmçinin teleaparıcı olan Çağla Alişanın təklifini qəbul edib.

Çəkilişləri iki günə bitən "Ölümsüz aşklar" mahnısının klipini Mustafa Özen ekranlaşdırıb. Xatırladaq ki, Ç.Şikel 2000-ci ildə Alişanın "Ah yar" klipində çəkilmək təklifini rədd etmişdi.

Son günlər ən çox dinlənən "Ölümsüz aşklar" mahnısının ekran versiyasında Alişanla Çağla sevgini tərənnüm ediblər.

P.S. Gözəl model müğənni Emre Altuğun həyat yoldaşı olub və onların birgə nikahdan 2 oğul övladarı var. Cütlüyün boşanmasında isə media Çağlanın ən yaxın dostu Alişanı ittiham edib.

Günel