Bağça müdirəsi olan müğənni direktor: “Məhkəməyə verəcəm” – Video

Bağça müdirəsi olan müğənni direktor: “Məhkəməyə verəcəm” – Video

3 İyun 2016 11:22
Bəyəndim (0) Bəyənmədim (0)

Abşeron rayonunda 17 saylı uşaq bağçasının direktoru təyin olunan Gülnar Nəbi Çingiz haqqında yayılan məlumatlara aydınlıq gətirib.

36 yaşlı direktor yayılan məlumatların uydurma, şəkillərin bir qisminin isə ona aid olmadığını bildirib.

Abşeron rayon İcra Hakimiyyəti də hadisəyə münasibət bildirib. İH-nin mətbuat katibi Seymur Qasımbəyli ANS-ə açıqlamasında xanım müdirənin iki diplomu olduğunu deyib.

"O, 2001-ci ildə San Marino Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan filialını Hüquqşünaslıq, Bakı Musiqi Akademiyasını isə solo oxuma üzrə bitirib. Yeni direktorun pedaqoji diplomu olmasa da, bu onun direktor olmasına heç bir əngəl yaratmır", - mətbuat katibi qeyd edib.

Qeyd edək ki, baxça direktoru təyin olunan Gülnar Nəbi Çingiz uzun müddət müğənni kimi fəaliyyət göstərib.

Mediainfo.az