Şvartsneggerin oğlu reklam üçün soyundu

Şvartsneggerin oğlu reklam üçün soyundu

18 Avqust 2011 18:40
Bəyəndim (0) Bəyənmədim (0)
Artıq gənc oğlan öz zəhməti ilə pul qazanır

Arnold Şvartsneggerin oğlu qərara gəldi ki, artıq tanınmış atasının kölgəsindən çəkilsin. 17 yaşlı gənc oğlan "Hudson Jeans" firmasının üzü oldu. Hazırda Patrik Şvartsneggerin rəsmləri olan bilboardlar (reklam lövhələri) Los-Ancelesin bütün küçələrinə aslılıb. Məşhur aktyorun oğlunun bu fotoları qızları həmin anda cəlb etməyi bacarıb.

Baxmayaraq ki, model həyatında Patrik gələcəyə doğru inamla irəliləyir, onun ən başlıca məqsədi təhsil almaqdır. Sosial şəbəkələrdəki səhifələrində o, yazıb: "Bu dəqiqə Harvarddan çıxmışam. Möhtəşəm universitetdir. Ancaq sənədlərimi ora təqdim etmədim. Stenford - ştat Pensilvaniya - bura mənim arzularımın zirvəsidir".

Xatırladaq ki, "Terminator"un oğlundan öncə bu firmanın üzü məşhur xanım Corciya Mey Cager olub.

Günel Həbib