"Yahşi Cazibe"nin davamı Bakıda çəkiləcək

"Yahşi Cazibe"nin davamı Bakıda çəkiləcək

18 Avqust 2011 13:52
Bəyəndim (0) Bəyənmədim (0)
Komanda heyəti şəhərimizə gəlir

Türkiyənin "ATV" telekanalında yayımlanan "Yahşi Cazibe" serialının ulduzu Bakıdadır. Serialda Cazibe obrazının nişanlısı Baycan Aybekov rolunu canlandıran azərbaycanlı bəstəkar, aranjemançı Emin Məcnunbəyli bu günlərdə Bakıya gəlib.

Avqust ayının 10-da yaxınlarının ətrafında doğum gününü qeyd edən tanınmış aktyor yenidən Türkiyəyə qayıdacaq. Belə ki, Emin Məcnunbəyli "Yahşi Cazibe" serialının yeni mövsümündə yenidən rol alacaq. Türkiyədə çoxlu sayda pərəstişkar qazanan aktyor göstərilən diqqətə və sevgiyə görə hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, "Yahşi Cazibe" seriyalının son serialarının çəkilişləri üçün serialın bütün heyəti yaxın vaxtlarda Bakıya gələcək.

"Yahşi Cazibə" hələ də Azərbaycan dilini yaxşı bilmir.

Günel Həbib

O.M.