Bəyaz pərdədən "Ağ ev"ə...

Bəyaz pərdədən "Ağ ev"ə...

15 Avqust 2011 14:50
Bəyəndim (0) Bəyənmədim (0)
Barak Obamanın yerini o tutacaq?

Afrikada kapitan, qanqster və casus oldu. Bu dəfə onu daha məsuliyyətli bir vəzifə gözləyir. Amerika Birləşmiş Ştatlarının prezidenti...

"Daily Mail"in xəbərinə görə, Barak Obamanın iç və xarici siyasətini tənqid edən, təhsildəki uğursuzluqlarından danışan 40 yaşlı aktyor Met Deymon onun yerinə keçə bilər. Bunu tələb edən solçular hətta aktyora Arnold Şvartsneggeri və Ronald Reyqanı da misal gətiriblər.

Ünlü aktyor bəlli bir dönəmlərdə siyasət baxımından çıxışları ilə gündəmə gəlmişdi. O, "The Adjustment Bureau" filmində ABŞ parlamentinə üzv olmaq istəyən siyasətçi Devid Noris rolunu canlandırıb. Lusiana Barosso ilə evlidir, 3 uşağı var. "The Departed", "The Adjustment Bureau", "Good Will Hunting" kimi filmlərin ulduzu olan Met Deymon ən çox "Bourne"dəki casus rolu ilə tanınır.

Günel Həbib

O.M.