"Coco Chanel" Adolf Hitlerin gizli agenti çıxdı

"Coco Chanel" Adolf Hitlerin gizli agenti çıxdı

15 Avqust 2011 11:15
Bəyəndim (0) Bəyənmədim (0)
Hətta onun alman sevgilisi də olub

"Coco Chanel" kimi tanınan məşhur fransız modelyeri Qabriel Bonherin II Dünya Müharibəsində gizli agent kimi fəaliyyət göstərdiyi ortaya çıxıb. Sən demə, o, Adolf Hitlerə işləyirmiş, üstəlik, alman kəşfiyyatında sevgilisi də var imiş.

İddia Fransada yaşayan amerikalı Hal Vauqhun "Düşmənlə yatmaq - "Coco Chanel"in gizli müharibəsi" kitabında yer alır. Qadın geyimlərinə liberal bir xətt gətirən Şanelin almanlara kömək etdiyi söylənilir. Sən demə, o, yəhudiləri və kommunistləri sevmirmiş. Ayrıca, alman kəşfiyyatında onun adı "Agent F-7124" kimi qeyd olunub. Kitaba görə, onun kod adı isə "Vestminster" olub.

Sən demə Şanel təkcə insanlar üçün gözəl paltarlar yox, həm də "şeytana papış tikirmiş."

Günel Həbib

O.M.