Məşhur aktyor "Villa TİR" kirayələdi

Məşhur aktyor "Villa TİR" kirayələdi

15 Avqust 2011 11:30
Bəyəndim (0) Bəyənmədim (0)
Görənlər təəccüblərini gizlədə bilmirlər

Hollivud ulduzu Demi Mur ilə evlənən gənc aktyor Aşton Kaçerin kirayələdiyi "TİR" görənləri heyrətləndirir. Serial çəkilişlərində istifadə edilməsi üçün kirayəyə götürülən bu "TİR"in həftəliyi 8.750 dollardır. 30 ton ağırlıqdakı, 2 mərtəbəli maşının içərisində ağla gələ biləcək hər cür lüks şərait var: 2 vanna otağı, uşaqlar üçün oyun zalı, konfrans salonu, qranitlə örtülmüş mətbəx və s. 360 dərəcəni görə bilmə qabiliyyəti olan kameralarla daim müşahidə altında tutulan "TİR" Ron Anderson tərəfindən Hollivudçuların komfortu üçün ərsəyə gətirilib. Andersondan alınan məlumata görə, bu günə kimi 9 ədədi planetin ən zəngin insanlarına satılıb. Kaçerin kirayə götürdüyü avtomobilin "dadını" əvvəllər Meray Keri, Şaron Stoun, Vin Dizel kimi məşhurlar da çıxarıblar.

Cibdə varsa pul, "life is wonderful".

Günel Həbib

O.M.