Gecəliyi 100 min dollardır

Gecəliyi 100 min dollardır

12 Aprel 2011 13:03
1 000
Bəyəndim (0) Bəyənmədim (0)
Paris Hiltonun gəlir mənbəyi məlum oldu


"Hilton" hotellər zəncirinin varislərindən olan Paris Hiltonun hansı yolla pul qazandığı gün işığına çıxdı. O, bu günlərdə məhkəməyə şikayət ərizəsi ilə müraciət etdi. Elə hər şey də bundan sonra başladı...

Sən demə, 2009-cu ildə Paris porno lentinin internetə düşməsi ilə çıxış yolu axtarmağa başlamışdı. O, Las-Veqasdakı "Hard Rock" hotelin rəhbərliyi ilə ortaq məxrəcə gəldi. Belə ki, porno görüntüləri izləyən jurnalistlər xəbər toplamaq üçün Parisi izləyəcək və onu məhz bu hoteldə yaxalayacaqdılar. Bu minvalla həm hotel reklam olunacaq, həm də ünlü sima məkan sahibindən reklam üçün gecəyə 100 min dollar qonorar alacaqdı.

Hilton müqaviləyə əsasən hoteli 2 dəfə ziyarət etdi. Ancaq məkan sahibləri reklamdan məmnun qalmadıqları üçün əks tərəfə yalnız 1 günün pulunu ödədilər. "Zəhmətinin bəhrəsini" görməyən Paris də sonunda məsələyə hüquqi qiymət vermək qərarına gəldi. Bununla gəlir qaynağını da açıqlamış oldu.

"Reklam olunan mal alınmaz" qızıl qanunu bu dəfə də öz təsdiqini tapdı. Yaxşı malın reklama ehtiyacı olmur axı...

Günel Həbib

O.M.