Sentyabrda türk seriallarının yayım günləri bəlli oldu

Sentyabrda türk seriallarının yayım günləri bəlli oldu

10 Avqust 2011 17:27
1 655
Bəyəndim (0) Bəyənmədim (0)
Hansı serial, nə vaxt başlayır?

Son zamanlar demək olar ki, TV izləyicilərinin nəzəri seriallara yönəlib. Bir neçə il əvvəl Braziliya serialları dəb idisə, indi estafet türk layihələrinindir. "Fatmagülün suçu ne?", "Adını Feriha koydum", "Öyle bir geçer zaman ki" kimi seriallar tez bir zamanda ətrafına izləyici toplusu yığmaqla yanaşı, eləcə də komanda heyətinə də kifayət qədər pul qazandırır. Bəli, sezon finalına ayrılanlar sentyabr ayından yenidən ekrana dönür.

"Şou" TV-də yayıma girən "Adını Feriha koydum" sentyabr ayının 9-da izləyicilərlə görüşəcək. "Fatmagülün suçu ne?" 8 sentyabr, "Öyle bir geçer zaman ki" isə sentyabr ayının 6-da görüşümüzə gələcək. O ki qaldı Kıvanç Tatlıtuğun rol aldığı "Güney-Kuzeyə" məşhur aktyor bu layihəsi ilə 9 sentyabrda "Kanal D"də yayıma girəcək.

Bax, belə... Hazırlaşın, çünki yeni mövsümdən etibarən bomba kimi serialların bomba kimi bölümləri sizi gözləyir!

Günel Həbib

O.M.