Zamiq nə kimi dəyişkənlik edib?

Zamiq nə kimi dəyişkənlik edib?

10 Avqust 2011 16:10
1 506
Bəyəndim (0) Bəyənmədim (0)

İmicində yay dəyişkənliyi edən müğənnilər arasında Zamiq də var. Onun əsasən alın və qaş hissələrindəki qeyri-adilik gözəçarpan dərəcədədir. Nə baş verdiyini doğru-dürüst demək çətin olsa da, bu, hər halda baş verib!

Türkiyə istirahətindən dönən gənc müğənni yeni klipi üzərində də işləməkdədir. Bundan əlavə, Zamiq həyatının ən böyük arzusunu yerinə yetirməyi düşünür. Belə ki, o, noyabr, ya da dekabr ayında H.Əliyev adına Sarayda konsert proqramı ilə çıxış etməyə hazırlaşır. Hər şey bir kənara, Zamiq sentyabr ayında özü özünə ad günü hədiyyəsi bağışlamaq niyyətindədir. Ad günü hədiyyəsi iki albomdan - retro və estrada mahnılarından ibarət olacaq. "Daha dayanmaq olmayacaq. Bu ilə damğa vurmalıyam!" – deyən gənc müğənni hələ ki, yenidən evlənmək barədə düşünmür.

Könül Aypara