Korifey sənətçi evində ölü tapılıb

Korifey sənətçi evində ölü tapılıb

4 Aprel 2016 00:47
Bəyəndim (0) Bəyənmədim (0)

Mediainfo.az saytı "Oxu Məni" qəzetinə istinadən xəbər verir ki, Türkiyənin Bodrum şəhərində yaşayan, 1970-ci illərin ünlü sənətkarı, 71 yaşlı Aydın Tansel yaşadığı evdə ölü tapılıb. Bir neçə gündür ki, Tanseldən səs-soraq çıxmadığını görən qonşular bu barədə qardaşına xəbər veriblər. Hadisə yerinə gələn müğənninin qardaşı onun öldüyünü görüb. Araşdırmalar zamanı məlum olub ki, A.Tansel ürək çatışmazlığından dünyasını dəyişib.

Xatırladaq ki, o, həm də türk müsuqisinin tanınmış bəstələrinin bəstəkarı olub.

Banu Qocaman