“Mr. & Mrs. Smith”ə Nikol Kidman seçilibmiş, amma...

“Mr. & Mrs. Smith”ə Nikol Kidman seçilibmiş, amma...

9 Avqust 2011 13:45
Bəyəndim (0) Bəyənmədim (0)
Bred Pit Ancelina Coliyə üstünlük verib

"Mr. & Mrs. Smith"in prodüseri Arnon Milxan çəkiliş meydançasındakı xatirələrindən yola çıxaraq, "Confidential: The Life of Secret Agent Turned Hollywood Tycoon'" adlı avtobioqrafiyasını qələmə aldı. O, kitabına Bred Pitin o dönəmlərdə yeni bir sevgi macərasına "hazır" olduğunu yazdı.

Filmin qadın baş rol aktrisasını seçərkən əvvəlcə Pitə Nikol Kidman təklif olunub. O, Nikol üçün, "Cazibədar bir cütlük ola bilməyəcəyik",- deyib. Sonradan meydana Ancelina Colinin adı çıxıb və aktyor, "Onun əri olmaqdan böyük qürur hissi keçirərəm", - deyib. Tanış olar-olmaz da səmimi kadrlara imza atdı.

O dövrlərdə Cenifer Enistonla evli olan Bred xəyanətinə start vermişdi. Bunu qadın ürəyi ilə hiss edən Cenifer də tez-tez çəkilişə gəlib, ərini yoxlayırdı. Ancaq heç kim ona nəsə deməyə cürət etmirdi. Ən son Keniyadakı rəsmləri görüncə əlinə fakt keçdi. Bred də yeni münasibətini etiraf etmək məcburiyyətində qaldı. Elə o gün küçəyə atıldı.

İncəsənət qurban tələb edir.

Günel Həbib

O.M.