Ana xarakterləri canlandırsa da, üzünü tanıyan yoxdur

Ana xarakterləri canlandırsa da, üzünü tanıyan yoxdur

8 Avqust 2011 15:41
Bəyəndim (0) Bəyənmədim (0)
"Üzsüz aktyor"un 2.5 milyard dollar sərvəti var

İngilis əsilli aktyor Endi Serkis bu günə qədər rol aldığı filmlərdən 2.5 milyard dollar gəlir əldə etdi, lakin onun üzünü belə tanıyan yoxdur. "Performans tutma" texnikası ilə kompüterdə hazır vəziyyətə gətirilən xarakterlərin üz və hərəkətlərini canlandıran aktyor "Üzüklərin şahzadəsi" (Qollum) filmində oynayıb. 2005-ci ildə lentə alınan "Kinq-Konq" filmindəki nəhəng qorillanı, bu yay ekranda görünən "Meymunlar - Cəhənnəmin yüksəlişi"ndə isə ana xarakterinə can verib. Bu il mavi ekranda görünəcək "Ten-ten" filmində isə kapitan Hadoku canlandıracaq.

"Performans tutma" texnikası ilə Serkisin hərəkətləri lentə alındıqdan sonra onlar 3D formatı ilə film xarakterinin animasiyası yaradılır. "Üzüklərin şahzadəsi" filmində onun aktyorluq qabiliyyəti o qədər diqqət çəkmişdi ki, hətta bəzi mütəxəssislər "Oskar"ın qaydalarında dəyişiklik edilərək, animasiyalı filmlərə də mükafat təqdim olunmasının tərəfdarı idilər.

Günel Həbib

O.M.