Mister Bin az qalsın öləcəkdi

Mister Bin az qalsın öləcəkdi

5 Avqust 2011 14:10
Bəyəndim (0) Bəyənmədim (0)
Möcüzəvi qurtuluş

Böyük Britaniyanın məşhur komediya aktyoru, "Mister Bin" kimi tanınan Rouen Atkinson idarə etdiyi avtomobillə qəza keçirib. İnsident nəticəsində Atkinsonun avtomobili bir neçə dəfə çevrilib və ağaca dəyərək alışıb. Rouen Atkinson isə avtomobildən çıxa bilib. Hadisə şahidlərinin sözlərinə görə, aktyorun yanan maşından sağ-salamat çıxması möcüzəyə bərabər olub.

Qeyd edək ki, ingilis aktyor müasir avtomobillərin kolleksiyası ilə məşhurdur. Onun kolleksiyasında "Aston Martin DB7 Vantage", "AstonMartin V8 Zagato", "Renault 5 Turbo", "McLaren F1", "Audi A8" və "Bugatti" kimi modellər yer alır.

"Mister Bin" bu dəfə də bizi güldürə bildi.

Günel Həbib

O.M.